Avstriyada inanılmaz dram: Ferstappen və Norris toqquşdu, Russell…
Formula 1-də Avstriya Qran Prisi başa çatıb.
Aut.az xəbər verir ki, qələbəni rəqiblərin problemlərindən istifadə edən “Mercedes”in pilotu Corc Rassel qazanıb.
Qeyd edək ki, Ferstappen yarışa rahat şəkildə nəzarət edib və 8 saniyəlik üstünlüyü olan ikinci pit-stopa qədər lider olub. Lakin “Red Bull” uzun sürən təkər dəyişikliyi ilə uğursuz pit-stop etdi.
Bundan sonra vəziyyət kəskin şəkildə dəyişdi və Norris fərqi aradan qaldıraraq Ferstappeni haqlayıb. Hər iki pilotun daim qaydaları pozduğu, trasdan çıxdığı və nəticədə toqquşduğu çox aktiv mübarizə yaşanıb.
Hər ikisinin təkərləri deşilib və avtomobilə ziyan dəyib. Ferstappen pit-stopdan sonra trasa qayıtmağı bacarıb və beşinci oldu, lakin Norris mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Qayda pozuntularına görə Norris 5, Ferstappen isə 10 saniyə cəza alıb.
Aut.az
