Formula 1

“Red Bull” onu qovur?

Formula 1 komandası “Red Bull” rəhbərliyi son mərhələlərdə uğursuz çıxış edən və komanda yoldaşı Maks Ferstappenə kömək etməyən Serxio Peresin çıxışından tamamilə məyusdur.

Aut.az xəbər verir ki, mətbuatda yayılan xəbərlərə görə, Macarıstan və Belçikada keçiriləcək yarışlarda pilot uğursuz olarsa, “Bulls” yay fasiləsində meksikalını komandadan qovmağa hazırdır.

İnsayderlər bildirirlər ki, yay fasiləsinə qədər və ya mövsümün sonunda Ferstappendən 100+ xal geri qaldıqda, “Red Bull”un Pereslə müqaviləni ləğv etmək imkanı var. İndi Serxio 137 xal geridədir.

Komanda Pereslə iyun ayında iki mövsümlük yeni müqavilə imzalayıb.

“Biz iki maşınla xal qazanmalıyıq və Serxio bunu bilir. Məqsədini və rolunu bilir. Biz onun öz formasına qayıtmasını gözləyirik”, – deyə komandanın rəhbəri Kristian Horner bildirib.

Aut.az