Hemiltonla Lekler diskvalifikasiya olundu
Formula 1 pilotları Lyuis Hemilton və Çarlz Lekler ABŞ Qran Prisinin nəticələrinə görə diskvalifikasiya olunublar.
Aut.az xəbər verir ki, “Mercedes” və “Ferrari” markalı avtomobillərdə texniki qayda pozuntuları aşkar edilib – avtomobilin alt hissəsində yerləşən zolaqlar köhnəlib, bu isə reqlamentin pozulması deməkdir.
Eyni zamanda, bunda pilotların günahı yoxdur, çünki hər şey trekin xüsusiyyətlərinə görə baş verib, lakin pilotların nəicələri ləğv edilib.
“Mercedes” etiraf edib ki, vəziyyət avtomobilin yenilənməsi səbəbindən baş verib. “Ferrari” diskvalifikasiya ilə bağlı hələlik şərh verməyib.
Aut.az
