Formula 1

Görün Ferstappen bu dəfə nə sürdü – VİDEO

“Honda Racing Corporation”ın YouTube kanalında Maks Verstappenin Amerikanın “IndyCar” formula avtomobilindən mühərriki olan unikal “Honda CR-V Hybrid Racer” krossoverindəki yarışlarına həsr olunmuş videoçarx yayılıb.

Aut.az xəbər verir ki, Formula 1 çempionunu “IndyCar”ın sabiq sürücüsü Ceyms Hinckliff təlimatlandırıb.

“Honda CR-V Hybrid Racer” 2023-cü ilin fevralında təqdim edilib. Avtomobil CR-V istehsalı olan kuzovun yalnız yuxarı hissəsinə malikdir və onun böyük hissəsi karbon lifindən sıfırdan yaradılmışdır. Avtomobil həmçinin “IndyCar” avtomobilinin asma komponentlərindən istifadə edir, bəzi hissələr isə “Acura NSX GT-3 Evo”-dan götürülüb.

Avtomobilin mühərriki arxada yerləşir və o, iki turbomühərrikli 2,2 litrlik “Honda Indy V6”dır. 800 at gücündədir.

Bildirilir ki, avtomobil “Honda Racing Corporation” bölməsi tərəfindən trasda yeni texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunur.

Aut.az