Azərbaycanda qapıçı fantastik qol vurdu – VİDEO
Azərbaycan çempionatında qapıçı fantastik qol vurub.
Aut.az xəbər verir ki, bu, Əvəzedicilər liqasının 17-ci turunun “Turan Tovuz” – “Zirə” oyununda baş verib. Qonaqların qolkiperi Səlim Həşimov “Turan Tovuz”un qapısına gözəl qol vurub. 17 yaşlı əlcək sahibi öz cərimə meydançasından topu rəqib qapısına göndərib.
Qeyd edək ki, görüş “Zirə”nin əvəzedicilərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
