Azərbaycan futbolu

Burkina fasolu futbolçu “Araz-Naxçıvan” da

“Araz-Naxçıvan” burkina fasolu futbolçunun keçidini açıqlayıb.

Aut.az xəbər verir ki,  bölgə təmsilçisi İssuf Paro ilə 1 illik müqavilə imzalayıb.

29 yaşlı mərkəz müdafiəçisi karyerasına vətənində “Ouaqaduqu” klubunda başlayıb və müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”, “Konkarneau” komandalarında çıxış edib.