Qadın atletin faciəsi: Sevgilisi benzin töküb yandırdı
Uqandalı qadın atlet Rebekka Çepteqey sevgilisi tərəfindən üstünə benzin tökülərək yandırılıb.
Aut.az xəbər verir ki, bədəninin 75 faizi yanan idmançı xəstəxanaya yerləşdirilib. Onun durumu açıqlanmır. Bu barədə “France Press” məlumat yayıb.
Hadisə sentyabrın 1-də Rebekkanın Kenyadakı evində baş verib. Hücum edən şəxsin də ağır yaralandığı, ciddi yanıqlar aldığı bildirilir. Hər ikisi qonşuların köməyi ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Çepteqey marafon yarışında iştirak edib. O, yarışda 44-cü yeri tutub.
