Sağ olduğu müddətdə kiminsə bu uğuru təkrarlayacağına şübhə edir
“Red Bull”un rəhbəri Kristian Horner maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, komandasının üzvü pilotların Sinqapur Qran Prisi istisna olmaqla bütün “Formula 1” yarışlarında qalib gəldiyi 2023-cü il mövsümü haqqında fikirlərini bölüşüb. Bu uğurun bir daha təkrarlanmayacağını bildirib:
“Şübhə edirəm ki, mən sağ olduğum müddətdə kiminsə “Red Bull”un 2023-cü il mövsümündəki uğurunu təkrarlayacaq. Hər şeyin bir araya gəlməsi, bütün şöbələrin birgə işləməsi məmnunluq gətirir. Onlar bütün bu yarışlarda çox gərgin və yorulmadan çalışdılar, hər çətinliyin öhdəsindən gəldilər. Müxtəlif dövrələr, fərqli şərtlər, fərqli strategiyalar və 22 yarışdan 21-də qalib gəldilər.
Rəqiblərimizin bu qədər güclü olduğunu və reqlamentin dəyişmədiyini nəzərə alsaq, növbəti mövsümdə rəqabətin daha sərt olacağına əminəm. Bu, fərqli bir çağırışdır”.
