Formula 1

“Fomula 1” ilə müqavilə yeniləndi

“Formula 1” rəhbərliyi Kanada Qran-prisinin keçirilməsi ilə bağlı müqaviləni uzadıb.

Aut.az xəbər verir ki, Montrealdəki mərhələ 2035-ci il də daxil olmaqla çempionat təqvimində qalacaq. Bu barədə “Formula-1″in prezidenti və icraçı direktoru Stefano Domenikali rəsmi açıqlama verib:

“Bu mərhələ inanılmaz tarixə malikdir və tras əsl əfsanə Jil Vilnövin adını daşıyır. Monreal isə enerjili və ehtiraslı azarkeşlərlə dolu möhtəşəm şəhərdir. Burada çıxış etməyə 2035-ci il mövsümünədək davam edəcəyimizi təsdiqlədiyim üçün çox şadam”.

Qeyd edək ki, qran-prisi “Formula-1″in ən sevilən və ənənəvi mərhələlərindən biri sayılır. 1967-ci ildən keçirilir. Yalnız 1975, 1987, 2009, 2020 və 2021-ci illərdə müxtəlif səbəblərlə baş tutmayıb.

Bu trasda ən çox qələbə qazanan pilotlar almaniyalı Mixael Şumaxer və britaniyalı Lyuis Hemilton olub. Hər ikisi burada 7 dəfə birinci yeri tutub.

Cari ildə Monreal mərhələsi 13-15 iyun tarixlərində baş tutub. Qalib isə “Mercedes”in pilotu Corc Rassell olub.

Aut.az