İndi arxasınca danışır: Qovulması Formula 1-in xeyrinə olacaq
“Maklaren”in baş direktoru Zak Braun hesab edir ki, Kristian Hornerin “Red Bull” rəhbəri vəzifəsindən qovulması Formula 1-in xeyrinə olacaq.
Aut.az xəbər verir ki, 53 yaşlı amerikalının sözlərini “Motorsport” sitat gətirib.
Britaniya Qran Prisindən sonra zəif nəticələr və komandadaxili problemlər fonunda “Bulls” F1-də ilk gündən komandanın rəhbəri olmuş Horneri istefaya göndərdi.
Braun hesab edir ki, Avstriya komandası tərəfi Hornerlə yollarını ayırmaqla və onun yerinə Laurent Mekiesi təyin etməklə düzgün seçim edib.
“Laurentin ona tapşırılan rolu oynamasından şadam. Ondan xoşum gəlir, bu, hamı üçün yaxşı olacaq və bəlkə biz yenidən trasda yarışmağa diqqət yetirə bilərik.
İdmanın həmişə siyasi tərəfləri olacaq, amma düşünürəm ki, Loranla daha yaxşı olacaq. Mən Laurentin pərəstişkarıyam, onu çoxdan tanıyıram və onunla rəqabət aparmaq xoş olacaq”, – Braun bildirib.
Aut.az
