Formula 1

Onun transferindən sonra “Ferrari”nin potensialı – Ştayner dəyərləndirdi

“Haas”ın keçmiş rəhbəri, hazırda isə ekspert Günter Ştayner “Ferrari”nin Formula 1-in yeni mövsümündəki perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, bu ildən britaniyalı Lyuis Hemilton “Ferrari”də yarışacaq.

“Ferrari”də onların avtomobilinin nə qədər yaxşı olacağını heç vaxt bilməyəcəksiniz. Bu həmişə ən böyük sualdır. Amma düşünürəm ki, keçən il, xüsusən də mövsümün sonuna doğru düzgün addımlar atdılar. Çox mütəşəkkil hərəkət etdilər. Hər şey gərgindir. Frederik Vasser çempionluğu qazanmaq istəyir, Lyuis səkkizqat dünya çempionu olmaq istəyir. Düşünürəm ki, komanda yaxşı olacaq”, – “GPblog” Ştaynerin sözlərini sitat gətirib.

Aut.az