Formula 1

Ağlamayacaq – Mövsümü qalib kimi bitirməsə

“Red Bull” komandasının sürücüsü Maks Ferstappen 2025-ci ildə Formula 1 çempionluğu uğrunda mübarizədə uduzacağı təqdirdə planlarından danışıb.

Aut.az xəbər verir ki, niderlandlının sözlərini “Racing News 365” sitat gətirib.

“Məncə, şəraitə görə fərqi belə tez bağlaya bildik. Norris və Piastri səhvlərə yol verdilər, biz isə əksinə, ardıcıl bir neçə möhtəşəm yarış keçirdik.

Biz hələ də ilk üçlükdəyik bu yaxşıdır. Məğlubiyyət? Mən hələ tətilə gedəcəm. Hər şeyə perspektivdən baxa bilirəm və mövsümdə qalib gəlməsəm, ağlamaram”, – Ferstappen deyib.

Diskvalifikasiyadan sonra sürücülər sıralamasında Lando Norrisin 390 xalı, Maks Ferstappenin 366 xalı var. Mövsümün bitməsinə iki tur qalıb.

Aut.az