“Qarabağ” “Şkendiya”ya qalib gəldi
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi başlayıb.
Aut.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da ilk oyun günündə növbəti sınağına çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi bu rəqibi ilə ilk oyununu səfərdə keçirib. Skopyedəki “Todor Proyeski” stadionunda baş tutan görüşü İvan Kruzliakın başçılıq etdiyi slovakiyalı hakimlər briqadası idarə edib.
1:0 hesablı qələbə qazanan “Qarabağ” pley-offa yüksəlmək şanslarını yaxşılaşdırıb.
Tərəflər arasında cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” “Şkendiya” səddini adlasa, pley-offda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütün qalibi ilə qarşılaşacaq. Uduzan tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqə uğrunda üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
5 avqust
22:00 “Şkendiya” – “Qarabağ” 0:1
Qol: T.Bayramov,18(pen)
Hakimlər: İvan Kruzliak, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (hamısı Slovakiya).
Skopye. “Todor Proeski” stadionu.
“Şkendiya”: 24. Gaye, 2. Trumçi, 4. Ramadani, 5. Keyk, 6. Alhassan, 7. B. İbraimi (k), 10. Krasniqi, 11. Vebster, 15. Fetai, 29. Tamba, 77. Latifi
Ehtiyat oyunçular: 25. Amzai, 30. Ramani, 8. Ramadani, 9. Ademi, 16. Murati, 17. Zeynullai, 19. Krstevski, 22. Ajetoviç, 26. Meliqi, 27. Kaba, 28. Qaka, 38. Nuhija
“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 27. Toral Bayramov, 35. Pedro Bikalho, 20. Kadi, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt
