“Real” çətin durumda: Bu 3 futbolçu elə vəziyyətdə qayıdıblar ki…
“Real Madrid” mövsümə hazırlığa avqustun 4-də başladı, amma itkilərlə.
Aut.az İspaniya mətbuatına istinadla xəbər verir ki, Mendi, Hendrik və Bellinqem ilk məşqdə olmayıblar. Onların hamısında fiziki problemlər var.
Həmçinin Franko Mastantuono avqustun 14-dək məşqdən kənardadır. O, sadəcə olaraq, 18 yaşı tamam olana qədər komanda ilə məşq edə bilməz. Xabi Alonsonun qarşısında təcili bir problem var – əsas oyunçular olmadan taktika qurmaq. Dünya çempionatında PSJ-yə 0:4 hesablı məğlubiyyətdən sonra komanda artıq təzyiq altındadır.
Müsbət tərəfi odur ki, David Alaba artıq qayıdır.
Aut.az
