İspaniya

Çempion hansı komanda olacaq? – Superkompüterin versiyası

“Opta” superkompüteri La Liqa komandalarının çempionluq şanslarını qiymətləndirib.

Aut.az xəbər verir ki, “Real”ın çempionluq şansı ən yüksəkdir – 81,4%. İkinci sırada “Atletiko” qərarlaşıb – 11,6%. “Barselona”nın La Liqada qalib olmaq şansı cəmi 6,3 faizdir. “Opta”nın “Jirona” və “Real Sosyedad” üçün proqnozu  müvafiq olaraq 0,6% və 0,2% olub.

Amma kompüter “Jirona”nın ilk “dördlük”də qərarlaşacağı ehtimalını yüksək qiymətləndirib.

“Jirona” 14 turdan sonra 35 xalla turnir cədvəlində “Real”la şərikli liderdir.

Aut.az