Dünya futbolu

Qadının ombasına şillə vuran futbolçu cəzalandırıldı

Kolumbiya millisinin keçmiş oyunçusu Teo Qutyerres ölkə çempionatında etdiyi davranışa görə cəzalandırılıb. 

Aut.az xəbər verir ki, buna stadionda çalışan qadına qarşı nalayiq hərəkət etməsi səbəb olub. Bu barədə liqa rəsmi açıqlama yayıb:

“Noyabrın 25-də İbaqe şəhərindəki “Estadio Manuel Murillo Toroda” arenasında “Deportes Colima” və “Deportivo Kali” komandaları arasında oynanılan matçda hər baxımdan son dərəcə ciddi və həssas hesab etdiyimiz bir hadisə baş verib. Teofilo Antonio Qutierres fasilə zamanı soyunub-geyinmə otağına, daha doğrusu, tunelin çıxışına gedərkən yanından keçən qadının övrətinə toxunaraq, ombasına şillə vurub. Fasilədə yenidən meydana daxil olanda o, davranışını təkrarlayıb.

Bu hadisəyə matçı yayımlayan şirkətin əməkdaşı şahid olub. Baş verənləri təsdiqləmək üçün ifadə verməyə hazırdır.

İntizam Komitəsi Teofilo Antonio Qutierres Ronkansionu qayda pozuntusuna yol verdiyinə görə 4 oyunluq diskvalifikasiya və 1,5 milyon Kolumbiya pesosu məbləğində cərimə ilə cəzalandırmaq qərarına gəlib”.

Qeyd edək ki, Teo Qutyerres 2014-cü ildə Cənubi Amerikada ilin ən yaxşı futbolçusu seçilib.