Dünya cempionatıDünya futbolu

Enrike üsyan etdi: Avropadakı kimi deyil

PSJ-nin baş məşqçisi Luis Enrike ABŞ-da keçirilən klublararası dünya Çempionatının oyun şəraiti barədə fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, stadionların və məşq meydanlarının ot örtüklərinin vəziyyətini tənqid edib:

“Matçlardan sonra bir şey düşünürəm: biz öz işimizi görməliyik və məncə, bu görüşləri tam haqqımızla qazandıq. Razı qaldım, oynamaq çətindir. Qeyd etməliyəm ki, buradakı ot örtüyünün vəziyyəti Avropadakı kimi deyil. Bizim göstərməyə çalışdığımız hərəkətlilik və ötürmə oyunu üçün bu, çətindir. Amma şadam ki, qrupu birinci yerdə tamamladıq, indi növbəti rəqibimizi gözləyirik”.

Qeyd edək ki, PSJ son oyunda “Sietl Sounders” üzərində 2:0 hesablı qələbə qazanıb. Komanda B qrupunda üç oyunda altı xal toplayaraq 1/8 finala yüksəlib.

Aut.az