Çempionlar Liqasıİspaniya

O finaldan əvvəl “Real”da heç kim yemək yemirmiş: Görün Ronaldo Marseloya nə deyib

“Real”ın sabiq futbolçusu Marselo 2017-ci ildə “Yuventus”la keçirilən Çempionlar Liqasının finalı haqqında danışıb.

Aut.az xəbər verir ki, Marselo Ronaldonun düşərgədəki gərginliyi necə aradan qaldırdığını nəql edib:

“Yuventus”la finaldan əvvəl heç kim nahar yeməyində yemək yemirdi. Dəhşətli bir sükut var idi. Bu, “Yuventus” idi və onlar həqiqətən də meydana motivasiyalı çıxacaqdılar.

Kriştiano da əsəbi idi, amma təşəbbüsü ələ alan o idi: yeməyə başladı və birdən dedi:

“Gərginlikdən qarnımın sancılandığını hiss edən tək mənəm?”

Hamımız eyni hissləri keçirdiyimizi etiraf etdik. Çox gərgin idik, amma Kris liderdir. O, gərginliyi yalnız bir sualla aradan qaldırdı və o andan etibarən hər şey daha asan oldu.

Matçdan əvvəl mənə dedi:

“Asanlıqla qalib gələcəyik. İlk hissə çətin olacaq, amma ondan sonra hər şey asan olacaq”.

Aut.az