Əfsanədən Reşford açıqlaması: Ağ dərili olsaydı…
İngiltərə millisinin keçmiş hücumçusu Qari Lineker maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, hazırda icarə əsasında “Barselona”da çıxış edən “Mançester Yunayted” futbolçusu Markus Reşford qara dərili olduğu üçün çox tənqid edildiyini bildirib:
“Həmişə qorxurdum ki, uğursuz dövrü başlayanda buna görə onu ittiham edəcəklər. O, bir şənliyə qatıla bilər, müəyyən bir geyimdə görünə bilər və buna görə tənqid edilə bilər. Düşünmürəm ki, ağ dərili futbolçu olsaydı, buna görə tənqid olunardı”.
Xatırladaq ki, Markusun “Barselona”ya keçidi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuş icarə əsasında baş tutub. Müqavilədə hücumçunun birdəfəlik transferi hüququ da yer alır.
Aut.az
