Qrizmann David Vilyanı ötdü
“Atletiko” La Liqanın 36-cı turu çərçivəsində səfərdə “Xetafe”ni darmadağın edib.
Aut.az xəbər verir ki, Görüş 3:0 hesabı ilə başa çatıb. Madrid təmsilçisinin hər 3 qolunu Antuan Qrizmann vurub.
Bu, Qrizmannın La Liqada “Atletiko”nun heyətində 5-ci het-trikidir. Klubun tarixində Xose Qarate (6), Adrian Eskudero (7), Xoakin Peiro (7) və Pako Kampos (8) daha çox oyunda 3 qol vurub.
Aktivindəki qolların sayını 187-ə çatdıran Qrizmann La Liqanın bombardirləri siyahısında 12-ci pilləyə yüksəlib. O, David Vilya (185) və Karlos Qonzalesi (186) üstələyib. “İlk 10-luğ”a düşmək üçün fransalı forvard 215 qol vurmalıdır.
La Liqa rekordçuları Kriştiano Ronaldo (311) və Lionel Messidir (474).
Aut.az
