İspaniya

Modriç “Real”ın tarixinə düşdü: Puşkaşın rekordunu qırmaqla

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubunun tarixində ən yaşlı futbolçu olub.

Aut.az xəbər verir ki, xorvatiyalı 39 yaş 40 günlük İspaniya çempionatının 10-cu turunun “Selta Viqo” ilə oyununda (2:1) meydana çıxıb. O, 1966-cı ildə 39 yaş 36 günlük olarkən “Real”da son matçına çıxan Ferens Puşkaşın rekordunu yeniləyib.

Qeyd edək ki, bu mövsüm Modriç 10 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Aut.az