İspaniya

“Barsa” Neymarın qarşısında şərt qoydu: Bu qədər qol vursan…

“Barselona” Neymarın geri dönməsi üçün idman şərtlərini irəli sürüb.

Daha əvvəl 33 yaşlı braziliyalının Kataloniya klubuna qayıtmaq istədiyi  bildirilirdi.

Aut.az xəbər verir ki, “Diario Sport”a görə, “Barselona” geri qayıtmaq variantını nəzərdən keçirəcək, lakin bunun üçün Neymar “Santos”dakı idman səviyyəsini təsdiqləməlidir .

Kataloniyalılar Neymarın qarşısına mövsümün sonuna qədər Braziliya klubunun heyətində 15 qol vurmağı vəzifə qoyublar.

Neymar hazırda “Santos”un heyətində 7 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az