Levandovskinin agenti bu şəhərə getdi: Avropa nəhəngi ilə danışıqlar üçün
“Barselona”nın hücumçusu Robert Lewandowski karyerasını İtaliyada davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Polşalı futbolçunun agenti Turinə səfər edib və “Yuventus” rəhbərliyi ilə danışıqlar aparacaq. 37 yaşlı forvardın mövsümün sonunda katalon klubunu tərk edəcəyi ehtimal olunur. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.
Cari mövsümdə Levandovski Barcelona forması ilə 25 oyunda meydana çıxıb və 12 qol vurub.
