İspaniya

“Real”la Vinisius arasında nə baş verir? – Fikirlər üst-üstə düşsə də…

“Real”ın hücumçusu Vinisius Juniorla yeni müqavilə barədə aparılan danışıqlar dalana dirənib.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin sözlərinə görə, 25 yaşlı braziliyalı futbolçu ilə Madrid klubu arasında yeni sözləşmə imzalanmağa yaxın olub. Tərəflərin mövqeləri üst-üstə düşsə də, danışıqlar nəticəsiz qalıb. Bildirilir ki, Vinisius hətta əvvəlki maaş tələblərini də azaldıb.

2025/26 mövsümündə yarımmüdafiəçi “Real”ın heyətində 5 oyunda 2 qol vurub və 1 qol ötürməsi edib. Onun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun dəyərini 170 milyon avro olaraq qiymətləndirir.

Aut.az