“O, “Real”da baş verənlərdən çox yaxşı xəbərdardır”
“Real”ın keçmiş hücumçusu Xorxe Valdano Xabi Alonsonun gedişindən sonra Álvaro Arbeloanın əsas komandaya baş məşqçi təyin olunması barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Madrid klubunun sabiq baş məşqçisi gənc həmkarı haqqında bu sözləri deyib:
“O, klubun içini və çölünü yaxşı tanıyır, burada illərlə çalışıb. Xabi Alonsonu yaxşı bilir və əsas komandada nələrin baş verdiyi barədə çox məlumatlıdır.
Bizə qalan isə onun komandayı necə quracağını izləməkdir. Komandanın hər turnirdə qalibiyyət uğrunda mübarizə aparması gözlənilir və bu, həmişə “Real” üçün standartdır”.
Aut.az
