Ən yaxşı 10 ağır çəkili boksçu – Yeni reytinq
Amerikanın nüfuzlu ESPN portalı dünyanın ən yaxşı ağır çəkili boksçularının yenilənmiş reytinqini dərc edib.
Aut.az xəbər verir ki, reytinq tərtibçiləri keçmiş IBF, WBA, WBO və IBO ağır çəki çempionu və 2012-ci il Olimpiya çəki çempionu Entoni Coşua amerikalı bloqçu Ceyk Pol üzərində qələbə qazandıqdan sonra onu yenidən reytinqə qaytarıblar.
Lakin 36 yaşlı meksikalı Endi Ruiz hərəkətsizliyinə görə siyahıdan çıxarılıb.
Ən yaxşı 10 ağır çəkili boksçu:
- Aleksandr Usik
- Tayson Fyuri
- Daniel Dyubua
- Fabio Vardli
- Cozef Parker
- Entoni Coşua
- Agit Kabayel
- Filip Hrqoviç
- Moses İtauma
- Can Ciley
Maraqlıdır ki, keçmiş WBC, IBF, WBA Super, WBO, IBO və “The Ring” ağır çəki çempionu, britaniyalı Tayson Fyuri bir ildən çoxdur ki, rinqə çıxmasa da, hələ də zirvədədir və ikinci yeri tutur.
Aut.az
