Boks

Əfsanə açıqladı: Usiki yalnız o məğlub edə bilər

Əfsanəvi britaniyalı-kanadalı boksçu Lennoks Lyuis ağır çəki dərəcəsində mütləq dünya çempionu olan Aleksandr Usik üçün layiqli rəqibin adını açıqlayıb.

Aut.az xəbər verir ki, o, Cozef Parkerin adını qeyd edib:

“Fikrimcə, hazırda Usiki məğlub etmək üçün ən real şansı olan boksçu Parkerdir. Amma hələ də onu titul yarışında görməməzlikdən gəlirlər. O, bu döyüşü haqq edir. Cozef öz şansını gözləyir və bilmirəm, niyə bu vaxta qədər o şansı əldə etməyib. O, Usikin növbəti rəqibi olmalıdır”.

Xatırladaq ki, Dünya Boks Təşkilatı (WBO) Aleksandr Usiklə Yeni Zelandiyalı Cozef Parkerə titul döyüşünün vaxtını və yerini razılaşdırmaq üçün 30 gün möhlət verib.

Bir həftə əvvəl Usik britaniyalı Daniel Dyubuanı nokauta salaraq titul kəmərlərini birləşdirmişdi.

Aut.az