PSJ bu qapıçı ilə anlaşdı: Donnarumma gedir?
PSJ “Lill”in qapıçısı Lukas Şevalyerlə müqavilənin şəxsi şərtləri barədə razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat verib.
Daha əvvəl mətbuat “Lill”in 23 yaşlı qolkiperin transferi üçün 40 milyon avro tələb edəcəyini yazmışdı. Fransız futbolçu gələn ilin yayında əmək müqaviləsi başa çatacaq Canluici Donnarummanın əvəzləyicisi ola bilər. Paytaxt klubu italyanla müqavilənin uzadılması ilə bağlı hələlik razılığa gələ bilməyib.
Aut.az
