Arteta bu iki futbolçu ilə bağlı qəti qərar verdi
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Aleksandr Zinçenko və Leandro Trossardın taleyi ilə bağlı qərar verib.
Aut.az xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.
Belə ki, mütəxəssis hər iki futbolçu ilə danışıqlar aparıb və onları bu yay yeni klub axtarmamağa razı salıb. Zinçenkonun mümkün gedişi klubu yeni sol cinah müdafiəçisi axtarmağa məcbur edəcək.
Trossara gəlincə, tərəflər onun gələn ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı danışıqları hələ başa çatdırmayıb. “Arsenal” və belçikalı daha əvvəl bir neçə raund danışıqlar aparsalar da, vingerin maaşı ilə bağlı razılığa gələ bilməyiblər.
Arteta inanır ki, Zinçenkonun taktiki yönlü olması və Trossardın hücum potensialı komandaya kömək edəcək.
Qeyd edək ki, “Milan” uzun müddət idi ki, Zinçenko ilə maraqlanırdı, lakin sonradan “rossoneri” Pervis Estupinyanla müqavilə imzaladı.
Aut.az
