İngiltərə

“Siti”nin futbolçusu Faqbreqasın komandasında

“Mançester Siti”nin yarımmüdafiəçisi Maksimo Perrone “Komo”ya keçib.

Aut.az xəbər verir ki, bu barədə İngiltərə klubun mətbuat xidməti məlumat yayıb.

Transfer icarə əsasında baş tuttub. Müqavilənin müddəti bir mövsümlükdür.

Argentinalı futbolçu 2022-ci ilin martında “şəhərlilər”in əsas komandasında debüt edib. O, ötən mövsümü icarə əsasında “Las Palmas”da keçirib və La Liqada 30 matçda iştirak edib.

Xatırladaq ki, “Komo”nun baş məşqçisi “Arsenal”, “Çelsi” və “Barselona”nın sabiq futbolçusu Sesk Fabreqasdır.