“Barselona” yeni ulduzu hədəfə aldı: 19 yaşı var
“Hamburq”un mərkəz müdafiəçisi Luka Vuşkoviç “Barselona”nın maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, 19 yaşlı futbolçu cari mövsümü Almaniya klubunda icarə əsasında keçirir. Onun hüquqları isə “Tottenhem”ə məxsusdur.
İnsayder Florian Plettenberqin məlumatına görə, “Barselona” qarşıdakı yay müdafiənin mərkəzini gücləndirməyi planlaşdırır və perspektivli xorvatiyalı namizədlərdən biri kimi nəzərdən keçirilir. Futbolçunun nümayəndələri ilə ilk danışıqlar artıq baş tutub.
“Transfermarkt” portalı Luka Vuşkoviçin dəyərini 40 milyon avro qiymətləndirir. Yeni ulduzun “Tottenhem”lə müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.
Aut.az
