Plan pozuldu – Bu qərardan məyus olub
Argentinalı mütəxəssis Maurisio Poçettino Roberto de Dzerbinin “Tottenhem”in baş məşqçisi təyin olunmasına narazılıqla reaksiya verib.
Aut.az xəbər verir ki, “Give me Sport” jurnalistləri bildirir ki, məşqçi İngiltərə klubunun rəhbərliyinin seçimindən məyus olub. Poçettino “Tottenhem”ə qayıtmağa açıq idi, lakin klub De Dzerbini seçdi.
Xatırladaq ki, Maurisio 2014-cü ildən 2019-cu ilə qədər London komandasının baş məşqçisi vəzifəsində çalışıb. Hazırda o, ABŞ millisində çalışır.
Aut.az
