İngiltərə

Millinin sabiq üzvündən etiraf: Kokainə aludə olmuşdum

“Liverpul”un və İngiltərə millisinin keçmiş müdafiəçisi Denni Mörfi 2013-cü ildə karyerasını bitirdikdən sonra narkotik istifadə etməyə başladığını bildirib.

“Futbolsuz problemlər daha çox olur. Oynadığınız zaman adrenalin və dopamin ifraz olunur ki, bu da sizə enerji və irəliləmək istəyi verir.

Kokaindən istifadə etdiyim və siqaret çəkdiyim bir dövr keçirdim. İçməyə gəlincə, onsuz da yaşaya bilərdim. Alkoqol aludəçisi deyildim, evdə spirtli içki olsa da, içməyə də bilərdim.

Mən kokainə aludə olmuşam? Bir müddət, bəli. O yerə çatdım ki, onsuz heç nə edə bilməyəcəyimi düşündüm. Bu, əlbəttə, cəfəngiyat idi – əlbəttə ki, edə bilərdim.

Əvvəlcə onu idarə etməyi bacarırsınız – həftədə bir dəfə, sonra iki dəfə, sonra üç dəfə özünüzə icazə verirsiniz. Tədricən toplanır və hamınızı ələ keçirir.

Bir il ağrılar dünyasında yaşadım. Yol heç vaxt hamar olmur, amma bu dövr məni daha yaxşı ata etdi”, – 47 yaşlı Mörfi deyib.

Mörfi 1997-2004-cü illərdə “Liverpul”da çıxış edib. Onun İngiltərə millisində 9 oyunu və 1 qolu var.

Aut.az