Şok təklif: Agentlərin fəaliyyəti qadağan edilsin
Rusiya Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin üzvü Roman Teryuşkov idman agentlərinin fəaliyyətinə qadağa qoyulmasını təklif edib.
Aut.az xəbər verir ki, onun fikrincə, hər iki klub transferi vasitəçilərin köməyi olmadan edə bilər.
“Vasitəçi təşkilatların fəaliyyətini qadağan etmək lazımdır. İki klub öz aralarında razılığa gələ bilər. Çox şübhə edirəm ki, şərti “Zenit” və CSKA vasitəçi olmadan futbolçunun transferi ilə bağlı razılığa gəlməyəcəklər. Söhbət agentlərə ümumiyyətlə ehtiyac olub-olmamasından gedir”, – TASS Teryuşkovdan sitat gətirib.
Aprelin 10-da Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsi idman agentlərinin fəaliyyətinin tənzimlənməsi məsələsinə baxıb.
Aut.az
