Oğlundan əfsanəni qəzəbləndirəcək qol sevinci: Əzəli rəqibin ulduzu kimi… – VİDEO/FOTO
“Mançester Yunayted”in əfsanəsi Ueyn Runinin oğlu Kay Runi növbəti dəfə diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, 15 yaşlı hücumçu “Super Cup NI” turnirində parlaq çıxışı ilə yadda qalıb.
“Vest Kork Akademiyası” ilə oyunda Kay penaltidən qol vurub və bir məhsuldar ötürmə ilə komandasının 3:0 hesablı qələbəsində əsas fiqurlardan biri olub.
Ancaq oyun zamanı ən çox müzakirə olunan an qolun qeyd olunması idi. Kay “Arsenal”ın yeni hücumçusu Viktor Qyökereşin məşhur qol sevincini təkrarlayıb. O, əllərini maska formasında üzünə tutaraq “Betmen” filmindəki Beyn obrazına bənzər şəkildə qolunu qeyd edib.
Bu turnir Runi ailəsi üçün xüsusi önəm daşıyır. Vaxtilə Ueyn də “Everton”un gənclər komandasında çıxış edərkən burada oynamışdı. İndi isə oğlu həmin meydanlarda ailəvi futbol ənənəsini davam etdirir.
Aut.az
2-0 to United already, Kai Rooney converting from the spot. Lethal in attack so far, just like his dad. pic.twitter.com/mlqYNYe7jj
— RedYouthUnited (@RedYouthUnited) July 28, 2025
