İngiltərə

“Liverpul” – “Yunayted” oyununda əvvəl iki əfsanənin qar “döyüşü” – VİDEO

Yanvarın 5-də Premyer Liqanın 20-ci turunun mərkəzi oyununda “Liverpul” “Mançester Yunayted”i qəbul edib.

Aut.az xəbər verir ki, qarşılaşmadan əvvəl güclü qar yağıb ki, bu da matçın təxirə salınmasına səbəb ola bilərdi. Bununla belə, oyun təyin olunmuş vaxtda baş tutub.

Oyundan əvvəl meydanda hazırda ekspert kimi çalışan məşhur keçmiş oyunçular Ceymi Karraqer və Qari Nevill olub. Karyerası ərzində “Liverpul”da çıxış edən Karraqer stadionun təmizlənməsinə kömək etmək qərarına gəlib. Keçmiş müdafiəçi meydançadakı qarı təmizləyərkən, “Mançester Yunayted”i9n əfsanəsi Nevillə tərəf atıb. O da öz növbəsində qarı kürəklə meydançaya qaytarıb.