“Arsenal”ın ulduzunun durumu necədir? – Arteta açıqladı
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 4-cü turunda “Nottingem”lə oyunda (3:0) Martin Odeqorun çiyin zədəsi ilə bağlı danışıb.
Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bu sözləri deyib:
“Odeqorda təkrar çiyin zədəsi var? Bəli, elə görünür. Bilmirəm, eyni yerdir, ya yox, amma zədə çox oxşardır. Onun üçün oynamaq rahat deyildi, Norveç millisində iki oyun keçirdi, amma təəssüf ki, bu gün bacarmadı.
Ona görə də həkimlərlə məsləhətləşməliyik, amma əminəm ki, o, çərşənbə axşamı, Çempionlar Liqasında “Atletik”lə oyuna hazır olmaq üçün əlindən gələni edəcək”.
Aut.az
