Futbola başladığı yerdə heykəli ucaldıldı – FOTO
“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn şərəfinə ucaldılan heykəlin açılışında iştirak edib.
Aut.az xəbər verir ki, Keyn “X” sosial şəbəkəsində emosiyalarını bölüşüb.
“Futbol həyatımın başladığı yerə qayıtmaq və abidəni açmaq mənim üçün qürurverici bir məqamdır. Ümid edirəm ki, bu, gələcək nəsil futbolçuları çox işləməyə və özlərinə inanmağa ruhlandırmağa kömək edəcək”, – Keyn yazıb.
Heykəl Londonda, hücumçunun altı yaşında oynamağa başladığı idman mərkəzində açılıb. “Daily Mail”in məlumatına görə, heykəlin hazırlanması 7,2 min funt-sterlinqə başa gəlib.

Aut.az
