“Liverpul” artıq Salahı əvəz edəcək oyunçu axtarır
“Liverpul”un keçmiş qapıçısı Devid Ceyms Mersisayd klubunun rəhbərliyinin artıq 33 yaşlı cinah oyunçusu Məhəmməd Salahın əvəzedicisini tapmağa çalışdığını bildirib.
Aut.az xəbər verir ki, “Liverpool Echo” Ceymsdən sitat gətirib:
“Düşünürəm ki, “Liverpul”da artıq Monun yerinə namizəd var. İnsan nöqteyi-nəzərindən bu, məntiqli olardı. Biznes nöqteyi-nəzərindən isə daha məntiqlidir.
Oyunçuların dəyişdirilməsinə gəldikdə həmişə risklərin idarə edilməsi sistemini yadda saxlamalısınız”.
Misirli daha əvvəl “Liverpul”un baş məşqçisi Arne Slot ilə heç bir münasibətinin olmadığını bildirmişdi. Hücumçu klub tərəfindən ona qarşı hörmətsizlik hiss etdiyini də qeyd edib.
Aut.az
