İngiltərə

Gənclərə səsləndi: Bu hissi yaşayın, heyrətamizdir

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “France Football” qəzetinin ilin ən yaxşı bombardiri mükafatına layiq görülməsindən danışıb.

Aut.az xəbər verir ki, Haaland “RMC Sport”a açıqlamasında gənclərə də məsləhət verib.

“Mənə özüm olmağıma imkan verən kluba – “Mançester Siti”yə, ailəmə və ətrafımdakı hər kəsə təşəkkür edirəm.

Gördüyüm işdə yaxşı olduğum üçün qarşınızdayam. Gənclərə məsləhətim? Aclıq, istək hiss etməyə davam edin. Bu hissi yaşayın, heyrətamizdir”, – Haaland bildirib.

Ötən mövsüm norveçli İngiltərə Premyer Liqasında 35 oyun keçirib, 36 qol vurub və 8 məhsuldar ötürmə edib. Haaland Çempionlar Liqasının 11 oyununda da iştirak edib, burada 12 qol və bir məhsuldar ötürmə edib. “Mançester Siti” turnirin finalında “İnter”ə 1:0 hesabı ilə qalib gələrək tarixdə ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Aut.az