“Real”ın marağına belə reaksiya verdi
“Arsenal” və Fransa yığmasının mərkəz müdafiəçisi Uilyam Saliba “Real”ın ona maraq göstərməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Aut.az xəbər verir ki, o, “Telefoot”a açıqlamasında bu sözləri deyib:
“Təbii ki, belə klubun maraq göstərməsi cəlbedicidir, amma mənim üçün ən vacibi “Arsenal”da qalmaqdır. Əvvəlcə titullar qazanmaq, sonra isə başqa şeylər barədə düşünmək lazımdır.
Kilianla “Real”da tandemdə oynamaq? Hələlik bizim tandəm yalnız Fransa yığmasındadır”.
Salibanın “Arsenal”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı 24 yaşlı fransız futbolçunun dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
Aut.az
