Dünya futboluAlmaniyaİngiltərə

PSJ hərəkətə keçdi: “Liverpul” və “Bavariya” onu “oğurlamasın” deyə

PSJ fransalı cinah hücumçusu Bredli Barkola ilə yeni müqavilə barədə danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Paris klubu 23 yaşlı futbolçu ilə danışıqları davam etdirir. Tərəflər arasındakı mövcud müqavilə 2028-ci ilin yayında başa çatır. Barkolanın xidmətində “Liverpul” və “Bavariya” maraqlıdır.

Cari mövsümdə Bredli Barkola klub səviyyəsində bütün turnirlərdə 9 oyun keçirib, 3 qol vurub və 2 qolun ötürməsini edib.

Aut.az