Ronaldo, yoxsa Messi? – Görün Marselo kimi seçdi
Braziliya millisinin sabiq müdafiəçisi Marselo Lionel Messi ilə “Real”da sabiq komanda yoldaşı Kriştiano Ronaldo arasında seçim edib.
Aut.az xəbər verir ki, Marselonun sözlərini “Sportskeeda” sitat gətirib.
“Onların hər ikisini görmək bizim üçün çox şanslı idi. Pele və Maradonanın oyununu görmədik, amma Kriştiano və Messini gördük. Mən Kriştianonu sevirəm və onunla oynadım, amma Messinin oyununu izləməyi də sevirdim.
Bilirsiniz, Messiyə qarşı oynamaq mənim üçün çox çətin idi. Amma meydanda idim, ona görə də şanslı idim. Ancaq mənim üçün, ən yaxşı oyunçu Ronaldodur. Çünki biz birlikdə oynamışıq”, – Marseloa deyib.
Aut.az
