Mənə meymun dedi: Yığmanın sabiq qapıçısı Axmatovla görüşdən danışdı
“Şaxtyor”un və Ukrayna millisinin keçmiş qapıçısı Yuri Virt “şaxtaçılar”ın prezidenti Rinat Axmetovla görüşünü xatırlayıb.
“2000-ci ildə Çempionlar Liqasında “Arsenal” – “Şaxtyor” (3:2) oyunundan əvvəl Rinat Axmetovun “isti əlinə” düşdük. Biz səhv etmişik və bu, həqiqətən də belə idi. Mən hələ gənc futbolçu idim, təcrübəsiz idim. Bazada, ofisində idi. Bütün oyunçular orada olanda çox çətin söhbət oldu. Deyə bilərəm ki, bizi yaxşı silkələdi.
Doğrudanmı o, mənə meymun dedi? Bəli, belə oldu. Amma bu bizim günahımız idi və belə bir söhbətə layiq idik”.
Aut.az
