Məyusdurlar: Özlərini aldadılmış hiss edirlər
“Barselona”nın futbolçuları Daniel Olmo və hücumçu Pau Viktor La Liqa və İspaniya Kral Futbol Federasiyasının (RFEF) onları qeydiyyata almadıqları üçün son dərəcə məyus olublar.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “Carrusel Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçular özlərini aldadılmış hiss edirlər, çünki klub onlara bütün sənədlərin vaxtında göndərildiyini, La Liqa və RFEF ilə bağlı digər məsələlərin müzakirə edilərək həllini tapdığını bildirmişdi.
Hazırda “Barselona” qeydiyyat problemini həll etmək üçün İspaniya Ali İdman Şurasına (CSD) və ya Olmo və Viktorun işi üzrə arbitraj məhkəməsinə müraciət etmək niyyətindədir. Əgər vəziyyət katalonların xeyrinə olmasa, o zaman hər iki futbolçu azad agent statusunda klubu pulsuz tərk edə bilər.
Aut.az
