Dünya futbolu

Neymar ABŞ-a köçəcəyi ilə bağlı şayiələri gücləndirdi: 26 milyonluq xərc

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı hücumçusu Neymar karyerasını MLS-də davam etdirə bilər.

Aut.az xəbər verir ki, Neymarın hazırda “Əl-Hilal”la 2025-ci ilin 30 iyununa kimi 2 illik müqaviləsi var. Forvardın müqaviləsini yeniləməyəcəyi ilə bağlı məlumatlar var.

Bir müddət əvvəl Neymarın sabiq komanda yoldaşı Messinin oynadığı “İnter Mayami”yə keçəcəyi və karyerasını orada bitirə biləcəyi ilə bağlı məlumatlar ortaya çıxdı.

Bu həftə 32 yaşlı braziliyalı Mayamidə 26 milyon dollara sahil kənarında torpaq sahəsi alması ilə şayiələri gücləndirdi.

“Wall Street Journal”a görə, torpaq sahəsi MBA klubu “Mayami Hit”in sahibi Mikki Arisonun da yaşadığı Bal Harborun qapalı icmasında yerləşir.

Aut.az