Dünya futbolu

“Əl-Hilal” Neymara müraciət etdi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ağır zədə alan Neymara müraciət edib.

Aut.az xəbər verir ki, klubun mətbuat xidməti “X” sosial şəbəkəsində (keçmiş Twitter) paylaşım edib.

Paylaşımda “Daha güclü qayıdın” yazılıb.

Xatırladaq ki, Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla oyunun birinci hissəsinin sonunda zədələnərək meydanı göz yaşları içində tərk etmişdi. Futbolçunun ön çarpaz bağ zədəsi təsdiqlənib və əməliyyat olunacaq.

Neymar yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Neymar Səudiyyə Ərəbistanı çempionatında üç oyun keçirib və iki məhsuldar ötürmə edib.

Aut.az