Türkiyə

“Fənər”in baş məşqçisi göstəriş verdi: Renat Dadaşovu…

“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal Türkiyə Superliqasının IX turunda üz-üzə gələcəkləri “Hatayspor”un 3 futbolçusunu xüsusi fərqləndirib.

Aut.az xəbər verir ki, 62 yaşlı mütəxəssis yetirmələri ilə söhbətdə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov, nigeriyalı yarımmüdafiəçi Fiyaso Dele-Başirux və honduraslı yarımmüdafiəçi Riqoberto Rivasın ölkələrinin milli komandalarında çıxış etdiyini və mövsümə yaxşı start verdiklərini bildirib. Kartal bu futbolçuların meydanda ciddi nəzarətdə saxlanılmasını tapşırıb.

Qeyd edək ki, oktyabrın 20-də reallaşacaq “Fənərbağça” – “Hatayspor” görüşe saat 20:00-da başlayacaq.