Bəxtiyar ilk oyunda fərqləndi, Günəş öydü
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Bəxtiyar Zaynutdinovun debütünə münasibət bildirib.
“Bəxtiyara üstünlük verdim, çünki o, bu mövsüm artıq oynayıb. Masuaku zədələnəndə onu seçdim. Bəxtiyarla Umutun birgə oynamasını istədim. Zaynutdinov özünü ən yaxşı tərəfdən göstərdi. Müsbət və mənfi cəhətləri var, amma əsas odur ki, biz qalib gəldik”, – deyə Günəş bildirib.
Xatırladaq ki, avqustun 24-də Konfrans Liqasının pley-off mərhələsində “Dinamo” (Kiyev) və “Beşiktaş” arasında qarşıdurmanın ilk oyunu keçirilib. Oyun İstanbul klubunun qələbəsi ilə yekunlaşıb – 3:2.
Oyuna əlavə edilmiş beşinci uzatma dəqiqəsində “Beşiktaş”a qələbə qazandıran qolu İstanbul klubunda debüt edən qazaxıstanlı yarımmüdafiəçi Bəxtiyar Zaynutdinov vurub.
Aut.az
