Superkubok oyununun ləğvini Ərdoğan tələb edib? – Rəsmi açıqlama
Türkiyə Futbol Federasiyası (TTF) ötən il dekabrın 29-da baş tutmalı olan “Qalatasaray” – “Fənərbaxça” arasında Superkuboku oyununun ləğv edilməsinə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsir göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Aut.az xəbər veririk, TFF saytında məsələ ilə bağlı rəsmi izahat yayıb.
“Superkubok oyununun Ər-Riyadda keçirilməsi təklifi iki klub tərəfindən bəyənilib və imzalanıb. Öz növbəsində, prezidentimizin oyunun ləğvi prosesində hər hansı formada iştirak etməsi ilə bağlı bütün iddialar əsassızdır”, – deyə TTF-nin bəyanatda bildirilir.
Xatırladaq ki, klublar matçdan əvvəl Türkiyə himninin səsləndirilməsini, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretinin asılmasını istəyirdilər. Bundan əlavə, Türkiyə Cümhuriyyətinin ildönümü üçün komandalar Atatürkün təsviri olan köynəklər geyinəcəkdilər. Bu tələblər Səudiyyə rəsmiləri tərəfindən tamamilə rədd edilib. Bu vəziyyəti nəzərə alaraq “Qalatasaray” və “Fənərbaxça” meydana çıxmayıblar.
Aut.az
